Ali Məhkəmə Cəmil Həsənlinin qızının kassasiya şikayətini təmin etmədi

Vəkil növbəti addım kimi Avropa Məhkəməsinə şikayət edəcəklərini söyləyib

Source:


Vəkil növbəti addım kimi Avropa Məhkəməsinə şikayət edəcəklərini söyləyib

Sentyabrın 6-da Ali Məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılıb.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Günel Həsənlinin şikayəti təmin olunmayıb.

Bu barədə məlumatı Meydan TV-yə vəkil Fəxrəddin Mehdiyev verib.

Fəxrəddin Mehdiyev deyib ki, məhkəmə onlara bildiriş göndərməmişdi.

Vəkil növbəti addım kimi Avropa Məhkəməsinə şikayət edəcəklərini söyləyib.

Günel Həsənli 2014-cü il sentyabrın 19-da “KİA” markalı şəxsi avtomobili ilə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.

2015-ci ilin fevralın 20-də Yasamal Rayon Məhkəməsi G.Həsənlinin 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilməsi barədə hökm çıxarıb. Daha sonra G.Həsənli apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Ana səhifə ▸ Xəbərlər ▸ Ali Məhkəmə Cəmil Həsənlinin qızının kassasiya şikayətini təmin etmədi