Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun işi üzrə kassasiya şikayətinə baxılıb
Noyabrın 11-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Gülzar Rzayevanın sədrliyi ilə Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun işi üzrə kassasiya şikayətinə baxılıb. Bu barədə, vəkil Elçin Sadıqov şəxsi “Facebook” səhifəsində məlumat verib: “Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2014-cü il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından verdiyimiz kassasiya şikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxıldı”.
Vəkilin söylədiyinə görə, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 22 avqust 2014-cü il tarixli qərarını qüvvədə saxlayıb. Kassasiya şikayəti təmin edilməyib.