Ali Məhkəmə Mustafa Hacıbəylinin evinin əlindən alınması ilə bağlı qərar verib

Mustafa Hacıbəyli. Foto: Meydan TV

Fevralın 24-də Ali Məhkəmədə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, basta.info saytının rəhbəri Mustafa Hacıbəylinin evinin əlindən alınması ilə bağlı qərar verib.

Bu barədə Mustafa Hacıbəyli özünün “Facebook” səhifəsində yazıb

Jurnalistin sözlərinə görə, Ali Məhkəmə ona və vəkilinə məlumat vermədən “Yelo bank”ın xeyrinə qərar çıxarıb. 

Vəsatət hazırlamışdım, məhkəmə ərəfəsində təqdim edəcəkdim. Adını məhkəmə qoyan bu qurum şok yaşatdı. Halbuki, məhkəmə yazılı olsa da, əlavə sənəd, yaxud vəsatət təqdim etmək üçün 20 gün vaxt verilməli idi”, – deyə Hacıbəyli yazıb.

O bildirib ki, qərar çıxarılandan sonra da vəkilinə məlumat verilməyib. 

“Şikayət edən tərəf bizik, amma məhkəmə “şad” xəbəri banka çatdırıb. Biz cavabı qarşı tərəfdən alırıq”, – deyə jurnalist bildirib.

2008-ci ildə dostu Mustafa Hacıbəylinin evini girov qoyaraq “Yelo Bank”dan 33540  manat dəyərində ipoteka müqaviləsi bağlayıb

Onun sözlərinə görə, həmin müqavilə üzrə götürülən 33540 manat əvəzinə banka 60 min manata yaxın pul ödənilib. Bundan sonra banka daha 37 min dollar ödənilməsi üçün jurnalistin evinin hərraca çıxarılması barədə məhkəmə qərar verib.  

Ana səhifəSiyasətAli Məhkəmə Mustafa Hacıbəylinin evinin əlindən alınması ilə bağlı qərar verib