Bu gün, noyabrın 18-də Ali Məhkəmədə ictimai fəal Bəxtiyar Hacıyevin kasassiya şikayətinə baxılıb.
Prosesə hakim Ələsgər Novruzov sədrlik edib.
Məhkəmə apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.
O, bu il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
O, xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilir.
Bundan əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Hacıyev hökmdən əvvəl son sözündə bu ittihamların hamısının saxta, məhkəmənin qərarının siyasi sifariş olduğunu bildirib.