Alen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu deyib

Alen Simonyan – Gints Ivuskans/Shutterstock.com

“Mən Azərbaycana doğru zamanda səfər etməyə hazıram”. 

Bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. O, həmçinin bildirib ki, həmçinin azərbaycanlı həmkarını istənilən formatda Ermənistana dəvət etmək niyyətindədir.

“Həmçinin Azərbaycanlı həmkarımı formatlardan biri çərçivəsində Ermənistana dəvət etmək niyyətindəyəm. Azərbaycanın 2026-cı ilin may ayında Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməkdən imtina etməsinin Ermənistanla heç bir əlaqəsi yoxdur. Xanım Qafarova görüşümüz zamanı Prezident adından məndən bunun Ermənistan tərəfi ilə heç bir əlaqəsi olmadığını çatdırmağımı xahiş etdi”, – deyə Simonyan qeyd edib.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Ana səhifəSiyasətAlen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu deyib