Aleksey Navalnı şərti cəza alıb

Aleksey Navalnının qardaşı Oleq Navalnı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib

Source:


Aleksey Navalnının qardaşı Oleq Navalnı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib

Dekabrın 30-da Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnı barədə məhkəmə hökmü elan olunub.

“RİA Novosti”nin məlumatına əsasən, A. Navalnıy “İv Roşe” (Yves Rocher) şirkəti ilə bağlı cinayət işi üzrə 3,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Hakim bildirib ki, bu iş A. Navalnının 5 il şərti cəza aldığı “Kirovles” məsələsi ilə əlaqəli deyil. Cəza bu gün – 30 dekabr 2014-cü ildən hesablanacaq. Məhkəmə hökmün qüvvəyə minəcəyi tarixə qədər müxalifətçi haqqında ev dustaqlığı qərarını qüvvədə saxlayıb.

Aleksey Navalnının qardaşı Oleq Navalnı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib və 500 min rubl məbləğində cərimələnib. O, məhkəmə zalında həbs edilib.

Dövlət ittihamçısı Aleksey Navalnının “Kirovles” üzrə hökm də nəzərə alınmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini, Oleq Navalnının isə 8 il müddətinə həbsə məhkum edilməsini istəmişdi.

Ana səhifəXəbərlərAleksey Navalnı şərti cəza alıb