Aleksey Navalnı Almaniyada

Mənbə: Rusiya mediası

Başlıq: Aleksey Navalnı Almaniyada

Aleksey Navalnı Almaniyaya aparılıb

Bir gün öncə isə siyasətçinin Almaniyaya aparılmasına mane olunduğu deyilirdi

Rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılıb.

“Cinema for Peace” Fondunun rəhbəri Yaka Bizil, – o, Navalnının uçduğu təyyarənin Omska endirilməsi ilə məşğul olub, – “Bild”-ə danışıb ki, siyasətçinin vəziyyəti həm uçuş zamanı, həm də təyyarə yerə enərkən stabil olub.

“Flightradar”-ın məlumatına görə, Navalnıın uçduğu tibbi təyyarə Berlinin hava limanında yerə enib.

Təyyarənin Berlinin Şenefeld aeroportuna enəcəyi qeyd olunmuşdu, lakin interaktiv xəritənin mənbəyinə görə onu Tegel hava limanına düşürüblər.

Siyasətçi 4 saat 48 dəqiqə uçub. Təyyarə 3,845 kilometr məsafə qət edib.

Navalnının arvadı Yuliya təyyarədə onunla birgədir. Siyasətçinin mətbuat katibi Kira Yarmış qeyd edib ki, uçuşdan bir saat əvvəl hava limanında rusiyalı və alman həkimlərdən, aeroportun təhlükəsizlik işçilərindən, yol-patrul xidmətinin əməkdaşlarından və nəqliyyat polisindən savayı, Rusiyanın 1-ci kanalının kameralı jurnalistləri də olub.

Federal sərnişin şirkətinin direktoru İvan Jdanov bəyan edib ki, FSŞ öz işinə davam edir.

Bir gün öncə siyasətçinin Almaniyaya aparıldığına maneə yaradıldığı deyilirdi.

Kremlin tənqidçisi Aleksey Navalnının müttəfiqləri Rusiya hakimiyyətini müxalif siyasətçinin cümə günü Almaniyaya tibbi evakuasiyasına mane olduğu üçün günahlandırıb, - “Reuters” xəbər verirdi.

Agentliyin verdiyi məlumata görə, hakimiyyətin bu qərarı Navalnını ölüm təhlükəsi ilə üz-üzə qoyub.

Prezident Vladimir Putinin sərt tənqidçisi olan Navalnının içdiyi çaydan sonra zəhərləndiyi bildirilir. Siyasətçinin vəziyyəti ağır olaraq qalır.

Sibirin Omsk şəhərində onu müalicə edən həkimlər Navalnının vəziyyətinin dəyişkən olduğunu, həyatının hələ də təhlükə altında olduğunu bildiriblər.

Xəstəxananın baş həkiminin müavini Anatoli Kaliniçenko testlərdə zəhər izlərinə rast gəlinmədiyini deyib. Kaliniçenko ona qoyulmuş diaqnozu açıqlaya bilməyəcəyini deyib və əlavə edib ki, həkimlər Navalnının zəhərləndiyinə inanmırlar.

Siyasətçinin həyat yoldaşı Yulia və sözcüsü Kira Yarmış xəstəxananı buna icazə vermədikləri üçün qınayıb. Xəstəxana siyasətçinin vəziyyətinin qeyri-sabit olduğu üçün səyahətin onun həyatını təhlükəyə ata biləcəyini deyib.

Yarmış “Twitter”-də yazıb ki, Navalnının Almaniyaya aparılmasına qoyulan qadağa həkimlər və buna icazə verən orqanlar tərəfindən edilən qəsddir.

Onun sözlərinə görə, həkimlər əvvəllər onun köçürülməsinə razılıq verib, lakin son anda fikirlərindən daşınıblar.

“Bu qərarı əlbəttə ki, onlar yox, Kreml qəbul edib”,ı Yarmış deyib.

Navalnının komandası bildirib ki, hakimiyyətin gözləməsinin səbəbi onu zəhərləyən maddənin siyasətçinin bədənindən yoxa çıxması üçün zamana ehtiyacın olmasıdır.

Fransa da Navalnının müalicəsi üçün yardıma hazır olduğunu bildirmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pes8am

Ən çox baxılan