MSK sədri L.Yermoşina yekun nəticənin oktyabrın 16-da elan olunacağını bəyan edib
11 oktyabrda Belarusda keçirilən prezident seçkilərində hazırki prezident Aleksandr Lukaşenko 83,49 faiz səs toplamaqla qalib elan olunub. Lenta.ru Belarus MSK-nin sədri Lidiya Yermoşinaya istinadan bu barədə məlumat yayıb.
A.Lukaşenkonun rəqiblərindən “Doğrunu söylə” vətəndaş kampaniyasının namizədi Tatyana Korotkeviç 4,42 faizlə ikinci nəticəni göstərib. Sonrakı yerləri liberal-demokratların namizədi Sergey Qaydukeviç 3,32, Vətənpərvər Partiyasının namizədi Nikolay Ulaxoviç 1,67 faizlə bölüşdürüblər.
MSK sədri L.Yermoşina yekun nəticənin oktyabrın 16-da elan olunacağını bəyan edib.
61 yaşlı A.Lukaşenko 1994-cü ildə keçirilən prezident seçkilərinin ikinci turunda 80,3 faizlə qalib gəlib.