Aleksandr Lapşinə hökm oxundu

Bloger cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkib

Source:


Bloger cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin məhkəmə iclası başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda hökm elan edilib. Bloger 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan əlavə məhkəmə hökmü ilə A.Lapşinin ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddə üzrə irəli sürülən ittihama xitam verilib. Hakim bildirib ki, həmin maddə üzrə ittiham məhkəmə zamanı təsdiqini tapmayıb.

Rəsmi məlumatlarda qeyd edilib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Ana səhifəXəbərlərAleksandr Lapşinə hökm oxundu