Bloqqerin saxlanma şəraitindən şikayəti yoxdur
Fevralın 7-də Minskdən Bakıya ekstradisiya olunmuş bloqqer Aleksandr Lapşinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılma şəraitindən heç bir şikayəti olmadığını deyib.
Məlumatı “Turan”-a vəkil Səfər Hüseynov bildirib.
Vəkil bloqqerin özünü normal hiss etdiyini söyləyib. O, Lapşinin özünü təqsirli bilib-bilmədiyi barədə suala cavab verməyib.