”Aleksandr Lapşin prezidenti təhqir etdiyi üçün üzr istəyib”

Ara Kazaryan: “Məktubda Ermənistan və Dağlıq Qarabağın adı çəkilmir”

Source:
Александр Лапшин
Александр Лапшин


Ara Kazaryan: “Məktubda Ermənistan və Dağlıq Qarabağın adı çəkilmir”

Bakının tələbilə Minskdə saxlanılan bloqqer Aleksandr Lapşin yazılı formada Azərbaycan prezidentindən üzr istədiyib. Ancaq Dağlıq Qarabağa getdiyinə görə yox, onu təhqir etdiyinə görə. Bu barədə Lapşinin müdafiəsi üzrə qrupun rəhbəri vəkil Ara Kazaryan bildirib. Məlumatı “Turan” yayıb.

“Əslində o, Əliyevə müraciət edib, onu təhqir etdiyinə görə üzr istəyib. Məktubda Ermənistan və Dağlıq Qarabağın adı çəkilmir”, – RİA-Novosti Kazaryandan sitat gətirib.

İsrailin Belarusdakı konsulu Yuliya Raçinski-Spivakova bundan öncə bildirib ki, onun iştirakı ilə Lapşin “Azərbaycan prezidentinin adına məktub yazıb və öz hərəkətinə görə üzr istəyib”. Konsul qeyd edib ki, İsrail diplomatik missiyası Rusiya səfirliyi ilə fəaliyyətini koordinasiya edir. Çünki Lapşin həm də Rusiya vətəndaşıdır. Konsulun sözlərinə görə, İsrailin rəsmi mövqeyi belədir: “Biz bloqqerin ekstradisiyasının əleyhinəyik. Hesab edirik ki, o azad edilməlidir”.

Yanvarın 17-də Belarus Baş Prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.

2016-cı il dekabrın ortalarında Rusiya və İsrail vətəndaşı olan Lapşin Azərbaycanın sorğusuna əsasən sərhəddi qanunsuz keçdiyinə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlara görə Minskdə saxlanılıb.

Bundan əlavə, 2015-ci ildə Lapşin Ukrayna vətəndaşına məxsus saxta pasport ilə Gürcüstan vasitəsilə Azərbaycana gəlib.

Onun Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar etdiyi söylənilir. Azərbaycan Baş Prokurorluğu bloqqer Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də keçirdiyi mətbuat konfransında bloqqerin həbsinə və ekstradisiyasına qarşı olduqlarını gizlətməyib.

Ana səhifəXəbərlər”Aleksandr Lapşin prezidenti təhqir etdiyi üçün üzr istəyib”