Aleksandr Lapşin Azərbaycana gətirildi

Bloqqerin Bakıda ilk təmas qurduğu jurnalistlər olub

Source:


Bloqqerin Bakıda ilk təmas qurduğu jurnalistlər olub

Ermənilərə dəstək verməkdə günahlandırılan bloqqer Aleksandr Lapşin Azərbaycana ekstradisiya olunub.

“Musavat.com”-un məlumatına görə, fevralın 7-də Belarus Ali Məhkəməsi keçən ilin dekabrında rəsmi Bakının sorğusu əsasında saxlanmış A.Lapşinlə bağlı yekun qərarı elan edib.

Məhkəmə onun Azərbaycana ekstradisiyası barədə Belarus Baş Prokurorluğunun 18 yanvar tarixli qərarından verilən apelyasiya şikayətini təmin etməyib. Bundan öncə Minsk Şəhər Məhkəməsi də analoji qərar çıxarmışdı. Bu, o deməkdir ki, Lapşinin Azərbaycana təhvil verilməsi haqda qərar dərhal qüvvəyə minmiş sayılıb.

A.Lapşin ittiham olunmaq üçün artıq Azərbaycana gətirilib. Onun Azərbaycanda ilk təmas qurduğu jurnalistlər olub.

40 yaşlı Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus “Puerrtto.livejournal.com” portalında bu barədə yazıb.

Azərbaycanın Baş Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başladılıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq -mühafizə orqanları Lapşini ötən ilin dekabrında saxlayıblar.

Ana səhifəXəbərlərAleksandr Lapşin Azərbaycana gətirildi