Albaniyada zəlzələ

Mənbə: Foto: google.ru

Başlıq: Albaniyada zəlzələ

Albaniyada zəlzələ; 13 nəfərin öldüyü bildirilir

Bir neçə saat sonra Bosniyanın Mostar şəhərində ayrı bir zəlzələ olub

Albaniyada 6.4 bal gücündə zəlzələ baş verib. BBC xəbər verir ki, binaların uçduğu, insanların dağıntılar altında qaldığı qeyd edilir.

Ən az 13 nəfər ölüb.

“Bir nəfər pəncərədən özünü ataraq ölüb”, - Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Zəlzələ çərşənbə axşamı günü erkən saatlarda paytaxt Tiranadan 34 km şimal-qərbdə baş verib.

Bir neçə saat sonra Bosniyanın Mostar şəhərində ayrı bir zəlzələ olub. Xəsarət alanlar barədə məlumat verilmir.

Albaniyanın Baş naziri Edi Rama tviterdə qeyd edib: “Bizim qurbanlarımız var. Biz təsirə məruz qalan ərazilərdə mümkün olan hər şeyi etməyə çalışırıq”.

Məktəblərin gün ərzində bağlı olacağı bildirilir.

Təcili yardım işçiləri alban mediasına bildiriblər ki, ölənlərdən biri nəvəsinin bədənini qucaqlayaraq onu xilas edə bilmiş yaşlı qadındır.

Müdafiə Nazirliyinin sözcüsü qeyd edib ki, yanğınsöndürənlərin və ordu işçilərinin xilasetmə işləri apardıqı Durresdə dağıntılar altından dörd nəfərin ölü bədəni aşkar edilib.

Ölənlərdən digər üç nəfər Tiranadan 40 km şimal-qərbdə və episentrə yaxın olan Thumane şəhərində həyatını itirib. Daha çox insanın dağıntılar altında qalma ehtimalı var.

Eyvandan tullanan digər bir kişi Kurbində ölüb. Lezhada başqa bir nəfərin öldüyü qeyd edilir.

Avropa-Aralıq dənizi seysmoloji mərkəzindən verilən məlumata görə, 5.3 bal gücündə digər bir zəlzələ də baş verib.

Balkanlar seysmik cəhətdən aktiv ərazidə yerləşir.

Çərşənbə axşamı baş verən zəlzələ hakimiyyət tərəfindən Albaniyanı on illər ərzində vuran ən güclü zəlzələ kimi xarakterizə edilib.

1979-cu ildə Albaniyada 6.9 bal gücündə zəlzələ olub. Nəticədə 136 nəfər ölüb və 1000-dən çox insan yaralanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1kkkiu

Ən çox baxılan