Alan Dunkan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Dövlət naziri ilə görüş qapalı keçib

Source:
Alan Dunkan


Dövlət naziri ilə görüş qapalı keçib

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycanda səfərdədir. Bununla bağlı sentyabrın 14-də Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun iqamətgahında ziyafət təşkil olunub. A.Dunkan hökumət nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlər keçirib.

Görüşdə iştirak edən “Turan” İA-nin direktoru Mehman Əliyev Meydan TV-yə deyib ki, əsasən onun həbsi, gələcək fəaliyyəti və medianın vəziyyətini müzakirə ediblər.

İctimai fəal Bəxtiyar Hacıyev isə bildirib ki, cənab Dunkan Böyük Britaniyada təhsil almış və alacaq tələbələri təbrik edib, Azərbaycana səfərindən danışıb. O, demokratiyanın əhəmiyyətindən də söz açıb.

Akif Qurbanov isə görüşün qapalı keçdiyini vurğulayıb və bu barədə ətraflı məlumat vermək istəməyib.

Ana səhifəXəbərlərAlan Dunkan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb