Akademik Rus Dram Teatrı

Mənbə: Meydan TV

Başlıq: Akademik Rus Dram Teatrı

“Akvariuma xüsusi sifariş” - absurd komediyanın premyerası olacaq

Tamaşa Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdiriləcək

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi xalq yazıçısı Elçin Əfəndiyevin “Akvariuma xüsusi sifariş” əsəri əsasında hazırlanan birhissəli absurd komediyanın premyerasını təqdim edəcək.

Tamaşa fevralın 25-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Bəzən adama elə gəlir ki, bu dünyaya xüsusi sifarişlə gəlib. Əlbəttə hər kəsin bir missiyası var. Lakin bu missiyanı özündə duymaq və icra etmək müşkülə çevrilir. Çünki biz zaman müstəvisində çarəsizləşirik. Bütün bunlara baxmayaraq, biz nə isə etməliyik. Biz yox olduğumuz zaman var olacağımızdan xəbərsiz idik, amma var olduğumuz zaman nə vaxtsa “yox” olduğumuzu anlayırıq. Hətta deyirlər ki, biz bu dünyaya gələrkən mələklər qulağımıza nəsə pıçıldayır. Əfsus ki, biz doğularkən o pıçıltıları unuduruq. Bu mənada biz həyatın mənasını dərk etməyə çalışmalıyıq. Hər şey nisbidir. Nə axtarırıq? Həqiqət? Həqiqət necə olur? Kimə, nəyə bənzəyir? Cavab tapmaq çətindir. Qeyri-səlis məntiq nəzəriyyəsi ilə absurd janrında hazırlanan bu mistik hadisədə həqiqəti güdəcəyik…

Rollarda əməkdar mədəniyyət işçisi İftixar Piriyev, əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətoğlu, Müdvər Nemətova, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Arzuman Tanrıverdi, Rövşən Cəfərov və Zəki Fətəliyev çıxış edəcəklər.

Tamaşanın bədii rəhbəri əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşcu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

“Akvariuma xüsusi sifariş”

“Akvariuma xüsusi sifariş”

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fauhrn

Ən çox baxılan