Aktyorun narkotik ittihamı ilə saxlanıldığı bildirilir

Həsənağa Məmmədov. Foto: Şəxsi Facebook səhifəsindən

Həsənağa Məmmədovun ittihama münasibəti bəlli deyil

Bir sıra film və seriallarda yer alan aktyor Həsənağa Məmmədovun tutulduğu bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda iddia olunur ki, dekabrın 21-də Bakıda hava limanında İstanbul-Bakı aviareysi ilə gələn 38 yaşlı Fərdi Ramazanov saxlanılıb.

Ondan 100 qram kokain və 300 ədəd narkotik tərkibli ekstazi həbi tapıldığı iddia edilir.

Həsən Ağa kimi tanınan 1993-cü il təvəllüdlü aktyor Həsənağa Məmmədov isə Fərdi Ramazanovla əlbirlikdə ittiham olunur.

“Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən qrupun digər üzvü Həsənağa Məmmədov müəyyən edilərək saxlanılıb”, – DSX-nın məlumatında bildirilir.

İstər Fərdi Ramazanov, istərsə də Həsənağa Məmmədovun özlərinin, yaxud da yaxınlarının narkotik ittihamına münasibətləri məlum deyil.

Ana səhifəSosialAktyorun narkotik ittihamı ilə saxlanıldığı bildirilir