Aktyorun yuxuda keçindiyi bildirilir
Amerikalı aktyor Rey Liotta 67 yaşında vəfat edib.
Onun yuxuda olarkən keçindiyi bildirilir.
Ölümünün səbəbi hələ ki, açıqlanmır.
Rey Liotta 1954-cü ildə ABŞ-da, Nyu-Yorkda doğulub.
Altı aylığındaykən Liotta ailəsi tərəfindən övladlığa götürülüb.
O, 2000-ci illərdə bioloji anasını tapıb və şotland əsilli olduğunu öyrənib.
Rey Liotta Yüzdən çox filmə çəkilib.
“Goodfellas” (“Yaxşı oğlanlar”) , “Blow” (“Kokain”), “Hannibal” (“Hannibal”), “Revolver” (“Revolver”) və digər filmlərdəki rolları ilə tanınıb.
2005-ci ildə “Emergency Room” (“Təcili Yardım”) serialındakı roluna görə “Emmi” televiziya mükafatı alıb.