24 Apreldə aktyor Elmin Bədəlov gəlinlik paltarında performans göstərib. O, öz performansı ilə qadınların evlilik adı altında satılmasına diqqət çəkməyə çalışıb. Aktyor gəlinlik paltarına tikanlı məftillər dolayıb. Bu məftillər performansda cəmiyyəti simvolizə edib.