Bred Pitt yeni filminin təqdimatına ətəklə gəlib
Bir müddət öncə prozopaqnoziyadan (insanların üzünü unutmaq xəstəliyi) əziyyət çəkdiyini deyən Hollivud aktyoru Bred Pitt yeni filminin premyerasında qeyri-adi şəkildə görünüb.
Kino tədbirlərinə hər zaman kostyumda gələn 58 yaşlı aktyor “Bullet Train” döyüş filminin təqdimatına ətəkdə gəlib.
Aktyorun qırmızı xalıda “parlaq” görünüşü media tərəfindən aktiv şəkildə müzakirə olunub.
Pittin belə geyinməklə diqqət çəkmək istədiyi bildirilir.
İyulun əvvəlində aktyor prosopaqnoziya xəstəliyi ucbatından müxtəlif tədbirlərdə dost-tanışlarını tanımaqda çətinlik çəkdiyini demişdi.
“Bullet Train” filminin Azərbaycanda nümayişi avqustun 4-də olacaq.