Aktyor Aleksei Batalov vəfat edib

O, 5 ay Moskva xəstəxanasında yatıb

Source:
Aleksey Batalov
Aleksey Batalov



O, 5 ay Moskva xəstəxanasında yatıb

Rusiyalı aktyor Aleksei Batalov 89 yaşında dünyada vəfat edib.

Məlumatı “RİA Novosti” yayıb. Bildirilir ki, 5 aydır Moskva xəstəxanasında bud sümüyünün sınığı diaqnozu ilə yatan aktyor iyunun 14-dən 15-nə keçən gecə yuxuda keçinib.

O, aktyorluq karyerası dövründə 40-dan çox filmə çəkilib. Ona ən çox uğur gətirən “Moskva göz yaşlarına inanmır” filmi olub.

Bundan əlavə, A.Batalov “Durnalar uçur”, “Bir ilin 9 günü”, “Canlı meyit”, “Xalis ingilissayağı qətl”, “İt gəzdirən qadın” və başqa filmlərdə də oynayıb.

Özünü bir müddət rejissor kimi də sınayıb və 3 filmə – “Şinel”, “Üç gonbul” və “Qumarbaz” filmlərinə quruluş verib.

SSSR-i xalq artisti Aleksey Batalovla vida mərasimi Moskva kino evində olacaq.

Ana səhifəXəbərlərAktyor Aleksei Batalov vəfat edib