Aktrisa Gülnar Salmanova vəfat etdi

Əməkdar artist xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi

Source:

Əməkdar artist xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova oktyabrın 24-də dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşıb. O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən “Subretka” ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.

Onun “50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beşmanatlıq gəlin”dəki Naznaz, “Özümüz bilərik”dəki Ceyran, “Subaylarınızdan görəsiniz”dəki Çiçək, “Hicran”dakı Çarleston, “Bankir ədaxlı”dakı Maral, “Məhəbbət oyunu”dakı Ceyran, “Bir günlük siğə”də, “Aldın payını, çağır dayını” tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Aktrisa ilə vida mərasimi oktyabrın 25-də, saat 11-də yaşadığı mənzildə – Arif Heydərov küçəsi 25 ünvanında keçiriləcək

Ana səhifəXəbərlərAktrisa Gülnar Salmanova vəfat etdi