Aksiyaya qoşulan mühacirin xanımının saxlanıldığı deyilir

“Polislәr anama deyib ki, çantana narkotik atıb sәni tutacağıq”

Source:


“Polislәr anama deyib ki, çantana narkotik atıb sәni tutacağıq”

Keçmiş siyasi mәhbus Mәmmәd Qurbanovun hәyat yoldaşı Fәridә Qurbanova 10 fevral sәhәr saatlarında saxlanılıb.

Mәmmәd Qurbanov vә onun qızları hazırda Almaniyada mühacirәtdәdirlәr. Yaxınlarının verdiyi mәlumata görә, Qurbanovanı mülki geyimli şәxslәr Әhmәdlidә kirayәdә yaşadığı evdәn aparıblar. Keçmiş siyasi mәhbusun qızı Aynurә Qurbanova Meydan TV-yə deyib ki, anasını aparmamışdan öncә mülki geyimli şәxslәr onun iş yerinә gәliblәr:

“Sәhәr saat tәxminәn 10-da iş yerimә gәldilәr. Dedilәr ki, “banditizm”ә (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi- red) getmәliyik. Sәbәbin soruşdum, dedi ki atan, bacın Fәrizә vә yeznәn Nadir Mәmmәdov fevralın 6-da Berlindә keçirilәn aksiyada prezident İlham Әliyevin vә dövlәtçiliyin әleyhinә çıxış ediblәr. Ona görә dә sәni tutmalıyıq. Mәn etiraz etdim vә bildirdim ki, bu işlәrә aidiyyatım yoxdur vә onlarla әlaqәmi kәsmişәm. Bu sözümdәn sonra dedilәr ki, o zaman gedib ananı tutacağıq”.

Aynurə Qurbanova deyir ki, daha sonra mülki geyimlilәr onların evinә gedib vә anasını maşına mindirib aparıblar:

“Anam yaşlı adamdır, şәkәr xәstәsidir. Mәn dә azyaşlı övladımla onun yanında yaşayıram. Gediblәr evә, onlarla getmәyi tәlәb ediblәr. Deyiblәr ki, hәyat yoldaşına vә qızlarına görә sәn cavab verәcәksәn. Bir müddәt sonra anama zәng etdik vә qısa danışa bildik. Polislәr anama deyib ki, çantana narkotik atıb sәni tutacağıq. Bir müddәt sonra zәng etdik, bir kişi telefonu açdı vә dedi ki, Fәridә Qurbanova artıq hәbs olunub”.

Siyasi mühacirlər Nadir Məmmədov və Məmməd Qurbanov
Siyasi mühacirlər Nadir Məmmədov və Məmməd Qurbanov

Aynurə Qurbanova deyir ki, hәmin şәxslәr iki ay öncә onu da adıçәkilәn idarәyә aparıblar. Iltizam әrizәsu aldıqdan sonra isә sәrbәst buraxıblar:

“Ötәn ilin dekabr ayında atamgilә görә hәmin şәxslәr mәni dә iş yerimdәn götürüb “banditdel”ә aparmışdılar. 2-3 saat saxladılar. Dedilәr ki, atangil burdan qaçıb, Almaniyada dövlәt әleyhinә fәaliyyәt göstәrirlәr. Әgәr onlar bu fәaliyyәti dayandırmasalar sәni, yaxud ananı hәbs edәcәyik. Mәnә әrizә yazdırıb qol çәkdirdilәr ki, atamgil bir dә belә iş görmәyәcәklәr. Fevralın 6-da atamgil yenidәn Berlindә keçirilәn aksiyaya qatılıblar vә Azәrbaycan hakimiyyәtini sәrt tәnqid ediblәr. İndi hәr şey ona görәdir. Mәn dedilәr ki, siz bizi eşitmәdiniz vә buna görә dә cәzalanacaqsız”.

Naxçıvanlı işadamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov 2012-ci ilin noyabrında Türkiyədən ərzaq məhsulları gətirərəkən Sədərək gömrükçüləri həmin malı buraxmaq istəməmişdilər. Bundan sonra işadamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yaranmış və jakimiyyət nümayəndəsinə müqavimət və zor göstərməkdə təqsirli bilinənərək qaynata-yeznә 4-5 il müddətə həbs olunmuşdular. Sonradan onlar Apelyasiya Məhkəməsinin hökmü ilə şərtli azadlığa buraxılmışdılar. Onların hәbsdә ağır işgәncәlәrә mәruz qaldığı bildirilirdi. Bu iş üzrә işadamları Avropa İnsan Haqları Mәhkәmәsinә şikayat ediblәr. Hazırda hәmin iş icraata götürülüb.

Azadlığa buraxıldıqdan sonra Mәmmәd Qurbanov ailә üzvlәri ilә birlikdә Naxçıvanı tәrk edәrәk Bakıya köçüb. Bir müddәt sonra isә Bakıda da tәzyiqlә üzlәşdiyini әsas gәtirәrәk Avropaya mühacirәt edib.

Ana səhifəXəbərlərAksiyaya qoşulan mühacirin xanımının saxlanıldığı deyilir