Aksiyada Tural Sadıqlıya hücum edildiyi bildirilir

''Onlardan biri, Timur Qumbayevin sənədinin şəklini çəkə bildik''

Aprelin 11-də Azərbaycanın Almaniyadakı səfirliyi önündə keçirilən aksiyada 3 nəfər mühacir Tural Sadıqlıya hücum edib.

Aksiya iştirakçılarının sözlərinə görə, toplantı bitən ərəfədə həmin şəxslər əllərində bıçaqla Tural Sadıqlıya hücum edərkən ətrafdakı polislər tərəfindən saxlanılıblar.

Meydan TV-yə danışan Tural Sadıqlı hər üç şəxsin Gürcüstan vətəndaşı olduqlarını deyib:

“Amma hər üçün azərbaycanca danışırdı, onlardan biri, Timur Qumbayevin sənədinin şəklini çəkə bildik”.

 

Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının ailəsi uzun müddətdir təzyiqə məruz qaldığını deyir.

Onun qardaşı Elgiz Sadıqlı 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi ilə narkotik vasitələrin saxlanması və dövriyyəsi) cinayət işi açılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Ancaq Apelyasiya Məhkəməsi E.Sadıqlı haqda 2 il şərti cəza qərarı çıxartmaqla onu məhkəmə zalından azad edib.

Elgiz Sadıqlı fevralın 23-də yenidən saxlanılaraq 1 ay inzibati cəza alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o5n07j

Ən çox baxılan