Aksiyaçılara söz verildi, inanmadılar (VİDEO)

4-5 aydır maaşlarını ala bilməyən “Azərinşaat” MMC-nin işçiləri 4 noyabrda yenidən şirkətin qarşısına toplaşıblar. Şikayətçilər deyir ki, şirkətin 1500-ə qədər işçisinə 2 milyon 700 min manat borcu yaranıb. Hər ay onlara qalıq borcların ödəniləcəyi deyilsə də, bu tarix növbəti aylara təxirə salınır. İşçilər zəhməthaqlarını almaq üçün bir neçə gündür şirkətin qarşısında gecələyirlər.

Etiraz edən fəhlələrin əksəriyyəti rayonlardan gəlib. Onlara sonuncu dəfə 3 noyabrda maaşlarının veriləcəyi deyilmişdi. İşçilərin gün boyu etirazından sonra “Azəryolservis” ASC-nin layihə idarəetmə qrupunun direktoru Kamran Əzizov  əraziyə gəldi. O, işçilərin maaşlarının bir həftə, maksimum 10 gün ərzində ödəniləcəyini bildirdi. Bu, şirkətlə əmək müqaviləsi bağlamış şəxslərə aiddir. Əmək müqaviləsi olmayanlar pulların ala bilməyəcəklər.

Ana səhifəVideoAksiyaçılara söz verildi, inanmadılar (VİDEO)