8 oktyabrda Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib. Təşkilatçılar şəhərin mərkəzində onlara mitinqə icazə verilməməyinə etiraz ediblər. Piketdə 50 nəfərin iştirakına razılıq verilsə də, yüzlərlə şəxs aksiya keçirdi. Onların içərisində partiya mənsubiyyəti olan da var, siravi vətəndaşlar da. Aksiya zamanı tutulanlar oldu.