Aksiya iştirakçısı: Azərbaycanda qanun şah deyil, şah qanundur

O, məhkəmə hökmünə etiraz olaraq 7 gündür ki, aclıq aksiyası keçirir.

Source: Specify Source


"Ya bu abidə götürülsün, ya da ədalət bərpa olunsun"

Sentyabrın 8-də bir qrup AXCP üzvü əlləri və ağızları bağlı şəkildə “Femida” abidəsinin önündə Tofiq Yaqublunun həbsinə etiraz aksiyası

keçirib

.

İştirakçılar “Tofiq bəyə azadlıq”, “Azad et”, “İstefa” yazılmış şüarlar qaldırıblar.

Onlar aksiyada çıxış etməyiblər, fikirlərini susaraq ifadə ediblər.

Təşkilatçılardan Sevda İsmayılova aksiyadan sonra jurnalistlərə bildirib ki, onlar əlləri və ağızlarını bağlamaqla cəmiyyətə ölkədə ədalətin olmadığı mesajını vermək istəyiblər: “Ona görə də “Femida” heykəlinin önündə keçirdik ki, Azərbaycanda məhkəmələr azad deyil. “Femida” abidəsini ədalətin simvoludur, amma Azərbaycanda qanun şah deyil, şah qanundur. Ya bu abidə götürülsün, ya da ədalət bərpa olunsun. Tofiq Yaqublu da daxil olmaqla bütün siyasi məhbuslar azad edilməlidir”.

Nizami Rayon Məhkəməsi sentyabrın 3-də Müsavat Partiyasının və Milli Şurasının üzvü Tofiq Yaqublunun 4.3 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

O, məhkəmə hökmünə etiraz olaraq 7 gündür ki, aclıq aksiyası keçirir.

Ana səhifəSiyasətAksiya iştirakçısı: Azərbaycanda qanun şah deyil, şah qanundur