Hakim partiya prezidentliyə namizədini müəyyənləşdirib
Martın 16-da Türkiyənin hakim partiyasının (Ədalət və İnkişaf Partiyası – AKP) parlament qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd kimi irəli sürülməsi barədə qərar qəbul edib.
Martın 10-da Rəcəb Tayyib Ərdoğan seçki qərarını imzalayıb.
“Konstitusiyamızın 116-cı maddəsinin verdiyi səlahiyyətlə 2023-cü il iyunun 18-də keçirilməli olan seçkilərin 14 may tarixində yenilənməsi ilə bağlı qərarı imzalayıram”, – deyə Ərdoğan bildirib.
Türkiyədə hər 5 ildən bir keçirilən prezident seçkiləri sonuncu dəfə 2018-ci il iyunun 24-də olub.
Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da ölkədə keçirilən ilk birbaşa prezident seçkilərində qalib gəlib.
2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.
Martın 6-da müxalif “Millət ittifaqı”nın prezidentliyə namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu elan edilib.