“Akkord”un keçmiş sahibi İlqar Hacıyevin əmlakları müsadirə edilib

Foto: ilgarhajiyev.com

Barəsində 15 il qiyabi həbs qərarı çıxarılmış  “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin əmlakları müsadirə edilib.

Məhkəmənin hökmü ilə üzərinə həbs qoyulan əmlaklar müsadirə olunub.

Müsadirə olunan əmlakların siyahısı bunlardır:

– Yasamal rayonu, Mətbuat prospektində mənzil;

– Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;

 – Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil;

– Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;

– Badamdar qəsəbəsində torpaq sahəsi;

Bundan başqa Hacıyevin digər iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Belə ki, bunlar İlqar Hacıyevin Mərdəkan qəsəbəsində yerləşən 776,7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda olan torpaq sahəsidir.

Martın 2-də İlqar Hacıyev 15 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edilib.

İstintaqa görə, Hacıyev 2016–2017-ci illərdə SDI Group MMC-nin rəhbəri olduğu dövrdə təxminən 10 milyon dollar (16,27 milyon manat) pul və əmlakı dələduzluq yolu ilə əldə etməkdə, sonra isə leqallaşdırmaqda iddia olunur. 

İlqar Hacıyev 2005–2009-cu illərdə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasının rəhbəri olub və bu dövrdə şirkət beynəlxalq əhəmiyyətli infrastruktur layihələri həyata keçirib. Onun büdcəsi 4 milyard dollardan çox qiymətləndirilirdi.

Mənbələrin bildirdiyinə görə, Hacıyev ölkədə hakim ailə ilə yaxın əlaqələr saxlayıb, lakin sonradan biznes münasibətləri pozulduğu üçün xarici ölkədə yaşamağa məcbur olub. O, hakimiyyət və hakim ailə ilə bağlı silsilə müsahibələr verib.

Ana səhifəSiyasət“Akkord”un keçmiş sahibi İlqar Hacıyevin əmlakları müsadirə edilib