Akif Qurbanov: Şahmar Mövsumov prosesə açıq və qanunsuz müdaxilə edir

Əliməmməd Nuriyev: ”Qubad İbadoğlu ilə Akif Qurbanov koalisiyanı siyasi qrupların maraq meydanına çevirir”

Qubad İbadoğlu: ”Əgər parçalanma baş verərsə, bu, Azərbaycanın MSŞT-dəki fəaliyyətinin dayandırılmasıyla nəticələnəcək”

Source:


Əliməmməd Nuriyev: ”Qubad İbadoğlu ilə Akif Qurbanov koalisiyanı siyasi qrupların maraq meydanına çevirir”


Qubad İbadoğlu: ”Əgər parçalanma baş verərsə, bu, Azərbaycanın MSŞT-dəki fəaliyyətinin dayandırılmasıyla nəticələnəcək”

“Mədən Hasilatının Şəffaflığı Təşkilatının (MHŞT) standartının, Anlaşma Memorandumunun və Çoxtərəli Qrupun(ÇQ) fəaliyyətinə dair reqlamentin tələblərinə tamamilə zidd olaraq MSŞT üzrə komissiyanın rəhbəri, ÇQ-nin sədri olaraq Neft Fondunun prezidenti Şahmar Mövsumov prosesə açıq və qanunsuz müdaxilə etməkdədir”.

Bu ittihamla hüquqşünas Akif Qurbanov “Facebook” səhifəsində çıxış edib.

Hüquqşünas deyir ki, fevralın 3-də MHŞT üzrə ÇQ-nin sədri adından katibliyin rəhbəri Fərid Fərzəliyev elektron məktub göndərərək, 7 fevralda MSŞA üzrə QHT Koalisiyasının bütün üzvlərini ÇQ-də təmsilçiliyə dair yaranmış problemlə bağlı Hökumət Komissiyasının sədri ilə görüşə dəvət edib. Görüşün Dövlət Neft Fondunun inzibati binasında keçirilməsi planlaşdırılır.

“Koalisiya Şurasının öz mandatını onu seçənlərin iradəsi və koalisiyanın qüvvədə olan sənədləri əsasında icra etməsi, həmçinin qanuni olaraq səlahiyyətlərini itirmiş, özlərinin keçirdiyi seçkidə uduzan tərəfin sonradan yaratdıqları gərginliklə məsələni hakimiyyətin xeyrinə dəyişə bilməməsi, sonda hakimiyyətin açıq-aşkar prosesə müdaxiləsinə gətirib çıxarıb. Bu, faktiki yenidən Ümumi Yığıncağın çağırılması deməkdir. Həmçinin bir daha gerçəkliyi ortaya qoyur ki, məsələ heç də koalisiya üzvləri arasında yaranan konflikt deyil. Bu məhz hakimiyyətin və onun icraçılarının yaratdığı süni və siyasi gərginlikdir”,-deyə Akif Qurbanov bildirib.

Akif Qurbanov

Akif Qurbanov Meydan TV-yə açıqlamasında Əliməmməd Nuriyevi də ittiham edib:

“Biz koalisiyaya yeni seçilənlərin sənədlərini təqdim edəndə Əliməmməd Nuriyev təzyiq edib köhnə üzvləri də çağırdı. Anlaşmaq üçün müxtəlif təkliflər irəli sürsək də, Əliməmməd Nuriyev dirəndi ki, yalnız biz deyən olmalıdır. Ona görə biz etiraz etdik ki, koalisiya məsələlərini üzvlərin özü həll etməlidir. Siz Çoxtərəfli Qrup kimi öz tərəfinizə baxın. Şahmar Mövsümov da Nuriyevi dəstəkləyirdi və bundan sonra koalisiya üzvləri toplantını tərk etdi və iclas baş tutmadı. Güman ki, bundan sonra onlar üzvlərin adından öz adamlarını toplayıb bir qrupun adından istədikləri qərarı çıxaracaqlar”.

Akif Qurbanov fevralın 6-da şuranın iclasını keçirəcəklərini dedi: “Beynəlxalq katibliyə məlumat verəcəyik ki, hökumət müdaxilə edir”.

Meydan TV Əliməmməd Nuriyevlə də əlaqə saxlayıb.

Ə.Nuriyev fevralın 1-də yayılan açıqlamadan və Akif Qurbanovun söylədiklərindən təəssüfləndiyini deyir:

“Məsələ ondadır ki, Çoxtərəfli Qrupda tərəflər var – şirkətlər, koalisiya və hökumət. İclası mənim pozmağım isə mümkünsüzdür və cəfəngiyyatdır. Çünki iclasa rəhbərlik edən var, gündəliyi də bilirəm. İkinci, iclası pozmaq əxlaqıma uyğun deyil. Təəssüf ki, yetkin insanlar doğru olmayan məlumatlar yayır”.

Əliməmməd Nuriyev

Ə.Nuriyev bildirib ki, Çoxtərəfli Qrupda əsas üzvlərin üçdə ikisi iştirak edirsə, bu, həmin tərəfin təmsil etmək hüququnun olması deməkdir. Əsas üzvlər isə 3 nəfərdir, Azər Mehtiyev Bakıda olmadığından üzrlü səbəbdən iştirak etmirdi. Ehtiyat üzvlərə gəldikdə, onlar sərbəstdir”.

O, Qubad İbadoğlu ilə Akif Qurbanovu koalisiyanı siyasi qrupların maraq meydanına çevirməkdə ittiham etdi:

“Ona görə onlara həmişə etiraz etmişik. Məsələ ondadır ki, koalisiya üzvlərinin iradəsi Qubad İbadoğlunun, Akif Qurbanovun iradəsindən yüksəkdə dayanır. Əslində, iclası onlar pozdular”.

Qubad İbadoğlu Əliməmməd Nuriyevin haqqında dediklərilə razılaşmadığını söylədi:

“Əvvəla, koalisiya heç bir siyasi qüvvənin marağını ifadə etmir və müstəqil vətəndaş cəmiyyətindən ibarətdir. Biz uzun illərdir bu koalisiyanın yaradıcıları və onun xidmətində olan şəxslərik. Kimsənin haqqımızda nə deməyi bizi qayğılandırmır. Biz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və onun səsinin alternativ mövqe olmasıyla məşğuluq. Mədən Sənayesində Şəffaflıq Koalisiyasının 30 aprel 2016-cı il tarixli ümumi yığıncağında koalisiyanın rəhbər orqanlarını təmsil etmək mandatı qazanmışıq, bu mandatı seçkidən iştirak edən 143 təşkilat verib. Bu gün də koalisiyanı onun əsasnaməsinə, qaydalarına, xüsusən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü standartlarına uyğun idarə edir, işini qurur və fəaliyyətini davam etdiririk. Bu proses sona qədər gedəcək və biz müstəqil vətəndaş cəmiyyətinin təmsilçisi olaraq onun səsini, aılternativ mövqeyini təqdim edəcəyik”.

Qubad Ibadoğlu

Q.İbadoğlu bildirib ki, Azərbaycan koalisiyasında yaranmış çətin duruma görə hakimiyyət məsuliyyət daşıyır:

“Əgər parçalanma baş verərsə, bu, Azərbaycvanın MSŞT-dəki fəaliyyətinin dayandırılmasıyla nəticələnəcək. Məsuliyyət isə birmənalı olaraq hakimiyyətin üzərinə düşəcək. Ona görə hakimiyyət  nümayəndələri bunu bilməli, dəyərləndirib nəzərə almalıdırlar”.

Ana səhifəXəbərlərAkif Qurbanov: Şahmar Mövsumov prosesə açıq və qanunsuz müdaxilə edir