Akif Qurbanov Ədliyyə Nazirliyini məhkəməyə verə bilər

Nazirlik MSŞA üzvünün ərizəsinə cavab vermir

Source:


Nazirlik MSŞA üzvünün ərizəsinə cavab vermir

“Deyirdilər, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının üzvlərinin problemləri həll olunub, heç bir problem qalmayıb. Bir daha məlum olur ki, problemlərin həlli yalnız selektiv xarakter daşıyır”.

Bu sözləri MSŞA üzvü Akif Qurbanov öz “Facebook” səhifəsində yazıb. Akif Qurbanov deyir ki, ABŞ səfilriyi ilə 2014-cü ildə bağladığı qrant müqaviləsini qeyd alması üçün yenidən 15 noyabr 2016-cı ildə Ədliyyə Nazirliyinə müraciət edib. Ancaq qanunla maksimum 1 aya baxıb cavab verməli olan nazirlik hələ də heç bir cavab vermir:

“Əlaqə saxladıqda da bildirilir ki, səbrli olun. Bilmirəm mən daha nə qədər səbrli olmalıyam?! Əvvəllər qanunsuz da olsa bir bəhanə ilə imtina cavabı verirdilər, indi bu, deyəsən yeni metoddur?! Artıq nazirliyin hərəkətsizliyinə görə məhkəməyə müraciət etmək qalır”.

Akif Qurbanov Ədliyyə Nazirliyinə ünvanladığı ərizənin surətini də yayıb. Həmin ərizədə qrant müqaviləsi, miqdarı barədə məlumatlar əksini tapıb. Akif Qurbanov həmçinin MSŞA üzvü olduğunu qeyd edib:

“Ölkəmiz 2004-cü ildən Azərbaycanda Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqində iştirak edir. MHŞT (EITI) sonuncu iclasında ölkəmizi təşəbbüsdə namizəd statusunda saxlamışdır. İdarə Heyəti vurğulamışdır ki, vətəndaş cəmiyyətinin cəlbi üzrə 1.3-cü tələbdə qənaətbəxş irəliləyişə nail olunmamışdır. Müvafiq olaraq Azərbaycanın islahedici tədbirləri həyata keçirməyinə ehtiyac olacaq. Bu islahedici tədbirlərin İdarə Heyətini qənaətedəcək dərəcədə icra olunmaması MHŞT standartına əsasən üzvlüyün dayandırılması ilə yekunlaşacaq. İdarə Heyəti Beynəlxalq Katibliyə növbəti İdarə Heyətinin iclasınadək dəyərləndirmə aparılması işini tapşırmışdır. Bu qiymətləndirmə əsasında və MHŞT Standartına uyğun olaraq, İdarə Heyəti növbəti iclasında aşağıda göstərilən islahedici tədbirlər MHŞT Standartına uyğun olaraq qiymətləndiriləcək:

Hökumət Vətəndaş Cəmiyyətinin (VC) cəlbi (1.3 b-d) bağlı tələblərdə qənaətbəxş proqresin təmin olunması üçün növbəti addımlar atmalıdır. Əsasən də, hökumət VC-nin protokolunun 2.2 bəndinə müvafiq olaraq VC-nin MHŞT prosesinə tam şəkildə cəlb olunması üçün əlverişli hüquqi və fəaliyyət mühitinin olduğunu təmin etməlidir”.

Akif Qurbanov onu da xatırladıb ki, qeyd edilən dövrdə eyni hallarla üzləşən eyni donorla müqavilə bağlayan və onunla oxşar səbəblərə görə qrant müqavilələrinin qeydiyyatından imtina olunan MSŞA QHT Koalisiyası üzvlərinin müqavilələri artıq qeydə alınıb.

Ana səhifəXəbərlərAkif Qurbanov Ədliyyə Nazirliyini məhkəməyə verə bilər