Akif Çovdarovun işində zərərçəkənlərdən biri həbsxanada ölüb

”Azərtikinti ATF” MMC-nin direktoru olan Azər Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib

Source:


”Azərtikinti ATF” MMC-nin direktoru olan Azər Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Baş Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri – Azər Quliyev saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, A. Quliyev avqustun 20-də saxlanıldığı müəssisədə vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

“Azərtikinti ATF” MMC-nin direktoru olan A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərAkif Çovdarovun işində zərərçəkənlərdən biri həbsxanada ölüb