Akif Çovdarov özünü təqsirli bilmir

Vəkili: “Mən ittiham aktı ilə tanış oldum. O, Robin Quddur”

Source:
Акиф Човдаров
Акиф Човдаров


Vəkili: “Mən ittiham aktı ilə tanış oldum. O, Robin Quddur”

Noyabrın 21-də Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birlikdə həbs edilən Akif Əliyev, Səlim Məmmədov, Orxan Osmanovun məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəmədən bununla bağlı hakim Həbib Həsənov tərəfindən göstəriş verildiyini bildiriblər.

Vəkillər jurnalistlərə açıqlama verərək iclasda prokurorun ittiham aktını elan etdiyini, təqsirləndirilən şəxslərin ittihama münasibət bildirdiklərini deyiblər.

Akif Çovdarov və onunla birlikdə ittiham olunanlar özlərini təqsirli bilmədiklərini deyiblər. Daha sonra iclasda zərərçəkmiş şəxs Şahmar Qurbanov ifadə verib. Ş. Qurbanov istintaq zamanı verdiyi ifadəni təsdiqləyib və zərərin ödənilməsini istəyib. Bildirib ki, mülki iddianı müdafiə edir.

Onun ifadəsinə münasibət bildirən A.Çovdarov isə onun yalan danışdığını deyib. Bildirib ki, Ş.Qurbanovun hindistanlı iş adamına borcu olub və həmin borcu ödəyib:”Ondan pul almamışam, yalan danışır”.

İclasda A.Çovdarovun vəziyyəti pisləşib və o, müayinə edilib. Həkimlər onun ürək döyüntülərinin artdığını deyiblər.

A.Çovdarovun vəkili Şahin Rəfiyev isə açıqlamasında deyib ki, onu mətbuatda qanlı genaral adlandırmaq düzgün deyil:”Mən ittiham aktı ilə tanış oldum. O, Robin Quddur”.

Proses noyabrın 23-də davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərAkif Çovdarov özünü təqsirli bilmir