Akif Çovdarov: Müstəntiq oğlumdan yüz min istəyib

”Müstəntiq istintaq zamanı mənim vəkilimdən 20 min pul istəyib ki, epizodu iş materiallarından çıxarsınlar”

Source:


”Müstəntiq istintaq zamanı mənim vəkilimdən 20 min pul istəyib ki, epizodu iş materiallarından çıxarsınlar”

Fevralın 1-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-nin həbsdə olan sabiq idarə rəsi, general Akif Çovdarov və onunla birlikdə həbs edilən nazirliyin əməkdaşları Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda zərərçəkmiş ifadə verib. Kürdəmir rayon Polis İdarəsinin sahə müvəkkili Kamran İmanovun qardaşı olan Şehman İmanov bildirib ki, ona məxsus olan restoranı Akif Çovdarov və digərləri zorla əlindən alıblar. Vəkillər isə bildiriblər ki, Ş.İmanov həmin restoranı Sədiyar Tağıyevə satıb və bununla bağlı istintaq materiallarında məlumat var. Həmin suala Ş. İmanov cavab verməyib.

A.Çovdarov isə onun dediklərinin yalan olduğunu, cinayət işində saxta zərərçəkmiş şəxslərin iştirakını deyib:

“Mən bu məsələni açmaq istəmirdim. Həmin epizod üzrə şahid və zərərçəkmişlərdən ifadə alan müstəntiq istintaq zamanı mənim vəkilimdən 20 min pul istəyib. Deyib, pul verin həmin epizodu çıxaraq iş materiallarından. Sonra müstəntiq oğlumdan yüz min istəyib. Lakin biz buna razı olmadıq və ona pul vermədik. Gətirib yalançı adamları, saxta zərərçəkmişləri mənim üzümə qoyublar”.

Proses fevralın 6-da davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərAkif Çovdarov: Müstəntiq oğlumdan yüz min istəyib