Akademik Ziya Bünyadovun xanımı vəfat etdi

Mərhumun dəfn mərasimi Təzəpir məscidində keçiriləcək

Source:
Tahirə Bünyadova
Tahirə Bünyadova


Mərhumun dəfn mərasimi Təzəpir məscidində keçiriləcək

Tarixçi alim, sabiq millət vəkili, mərhum akademik Ziya Bünyadovun xanımı Tahirə Bünyadova aprelin 19-da səhər saatlarında vəfat edib.

Bu barədə Modern.az saytına Bünyadovlar ailəsinin yaxınları məlumat veriblər.

Mərhumun dəfn mərasiminin Təzəpir məscidində keçiriləcəyi gözlənilir.

Tahirə Bünyadova 91 yaşındaydı. O, son vaxtlara qədər Milli Məclisin kitabxanasında məsləhətçi işləyirdi. Əslən Qarabağdan olan Tahirə xanım Yusif Vəzir Çəmənzəmənlinin yaxın qohumudur. O, Moskvada Nərimanov adına Şərqşünaslıq İnstitutunda təhsil almışdı.

Akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Ana səhifəXəbərlərAkademik Ziya Bünyadovun xanımı vəfat etdi