Akademik Rus Dram Teatrı

Mənbə: Foto: Meydan tv

Başlıq: Akademik Rus Dram Teatrı

Akademik Rus Dram Teatrının fevral ayı üçün repertuarı

Uşaqlar üçün də tamaşalar var

Akademik Rus Dram Teatrının 2020-ci ilin fevral ayı üçün nəzərdə tutulan repertuar planı açıqlanıb.

Teatrsevərlərə növbəti nümayiş olunacaq tamaşaların siyahısını təqdim edirik:

1, 27 fevral – “Sevgiyə görə bağışla (Aydın)”;

2 fevral – “Kişi, qadın, pəncərə… məşuq”;

6 fevral – “Bulvar Sanset”;

7 fevral – “Yeddi gözəl”;

8 fevral – “Afina axşamları”;

13 fevral – “Karamazov qardaşları”;

14 fevral – “Qürur və qərəz”;

15 fevral – “Kazanova: sevgi dərsləri”;

16 fevral – “Sürprizlər günü”;

20 fevral – “Xalam bundu”;

21 fevral – “Evlənmə”;

22 fevral – “Tənhalıq komediyası”;

23 fevral – “Milyonçu qadın”;

28 fevral – “Yayda qartopu oyunu”;

29 fevral - “Kraliçanın son ehtirası”.

Kamera səhnəsində:

12 fevral – “Gecədə qadın”.

Uşaqlar üçün:

1 fevral – “Durnabalığının buyruğu ilə”;

2, 19 fevral – “Ələddin, Şahzadə Jasmin və sehrli çıraqda yaşayan cinin macəraları”;

8 fevral – “Düyməcik”;

15 fevral – “Ölü şahzadə və yeddi pəhləvan haqqında nağıl”;

16 fevral – “Gəlin, nağıla baxaq”;

22 fevral – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar”;

23 fevral – “Nağılı tap–5”.

Teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9lb9sq

Ən çox baxılan