Ailəsinin imtina etdiyi 29 yaşlı LGBT fərdi xəstəxanalıq oldu

O, 29 yaşlı homoseksual bir gəncdir. Bir neçə gündür ki, küçədə yaşayır. Homoseksual olduğu bilinəndən ailəsi ilə əlaqələri kəsilib. İşi müğənnilərə produsserlik etmək idi. Səhhəti ucbatından indi işləyə bilmir.

Ağciyərində yaranan xəstəlik onu yeriməkdən də məhrum edib. Gəncin xəstəxanaya yerləşdirilməsi üçün Təcili Tibbi Yardım çağırdıq. Onu müalicə alması üçün 7 saylı Ağciyər Xəstəlikləri Dispanserinə apardılar.

O, cəmiyyətdən təcrid olunan yüzlərlə LGBT fərdləridən biridir. Ötən ilin sentyabr ayında onlara qarşı təzyiqlər olmuşdu. Onlar həbs edilir, döyülür, ailələri ilə qorxudulurdu. Həmin hadisələrdə sonra bir neçə LGBT fərdi ölkəni tərk etmişdi.

Ana səhifəVideoAiləsinin imtina etdiyi 29 yaşlı LGBT fərdi xəstəxanalıq oldu