Ailənin yükünü çəkən 10 yaşlı uşaq

“Səhər saat 7-də işə gedirəm. Daha çox Badamdarın, 8-ci km-in maşın bazarlarında, Babək prospektində təkər qaraldıram. Bir maşının təkərlərini 50 qəpik, ya da 1 manata təmizləyirəm”.

Bu sözləri 10 yaşlı Ramiz Musayev deyir. Onun böyrəyinin biri yoxdur. Anadangəlmə yaranan problemə görə əməliyyatla çıxarılıb:

“Suraxanıdakı bir vaqonda aylıq 150 manata kirayə qalırıq. İmkansızlıqdan məktəbi dayandırmışam, işləyirəm. Dəfələrlə televiziyalara çıxmışıq. Deyəsən dövlət bizdən bezib. Heç bir köməklik göstərilmir”.

Rasimin atası Ramiz İsmayılov da azyaşlı oğlunun işləməyə məcbur olduğunu deyir:

“Mən hökumətdən uşaqlara görə kömək istəmişəm. Məktəbə qoymağa kömək ediblər, amma daha sonra çıxarmışam. Məktəb üçün pul lazımdır. Geyimini, qələm-dəftərini nəylə alım? Yenə məktəbə qoyaram, amma yeməyə nə yeyəcək, harda yatacaq? Rasim işləməsə, kirayə pulunu necə verəcəyik? Mənə ağırlıq qaldırmaq olmaz, amma yenə də hərdən çıxıram fəhlə bazarına. 5-10 manatla heç nə etmək olmur”.

Təhsili ilə bərabər sağlamlığını düşünən Ramız böyüyəndə həkim olmaq istəyir: “Oxuyub həkim olmaq istəyərdim. Bir yerim agrıyanda özüm özümü müalicə edə bilim, həkimə puı verməyim deyə. Ancaq indi daha çox müalicə olunmaq istəyirəm”.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideoAilənin yükünü çəkən 10 yaşlı uşaq