”Ailəmin sabaha ümidi yoxdu”

İyulun 19-da Şəkinin Bolludərə, Sarıca kənd sakinləri Prezident Administrasiyasının binası qarşısına toplaşıblar. Sakinlər deyir ki, 15 ildir əkib-becərdikləri torpağı əllərindən alıb, adını bilmədikləri özəl şirkətə satıblar. Taxılçılıqla məşğul olan kənd sakinlərinin əlavə gəlir yerləri yoxdur.

Qəbulda olan şikayətçilər deyir ki, onlar yenidən Şəki şəhər İcra Hakimiyyətinə yönləndiriliblər.

Şəki şəhər İcra Hakimiyyəti isə məsələyə münasibət bildirmək istəməyib.

Ana səhifəVideo”Ailəmin sabaha ümidi yoxdu”