AİHM Azərbaycanı tibbi yardıma ehtiyacı olan ağır xəstələrin Laçın dəhlizi ilə daşınmasını təmin etməyə çağırıb

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Azərbaycan da rəsmi Yerevanı Laçın rayonunda azərbaycanlıların sərvətini məhv etməkdə ittiham edərək Ermənistana qarşı AİHM-ə iddia qaldırıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) dekabrın 21-də Azərbaycanı tibbi yardıma ehtiyacı olan ağır xəstələrin Laçın dəhlizi ilə Ermənistana daşınmasını təmin etmək üçün bütün lazımi və yetərli tədbirləri görməyə çağırıb.

Məlumatı Azadlıq Radiosunun erməni xidməti yayıb

Ermənistan Avropa Məkhəməsi qarşısında vəsatət qaldıraraq, Laçın dəhlizindən keçən yolun bloklanması nəticəsində mülki əhalinin hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə Azərbaycana qarşı təminedici tədbirin tətbiq edilməsini istəyib.

Ermənistan Avropa Məhkəməsinə müvəqqəti tədbir və əlavə məlumat təqdim edərək, Laçın dəhlizindən keçən yolun bağlanması nəticəsində mülki əhalinin hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün Azərbaycana qarşı müvəqqəti tədbirin tətbiq edilməsini xahiş edib. Qərarda qeyd olunub ki, məhkəmə hazırda Azərbaycanın “Laçın dəhlizi”nə nəzarət məsələsinin mübahisəli olduğunu, o cümlədən Azərbaycanın 9 noyabr tarixli üçtərəfli bəyanatının 6-cı bəndinə əsasən üzərinə götürdüyü öhdəlikləri nəzərə alıb. Məhkəmə 2020-ci il, xüsusilə, “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat” və Avropa Konvensiyasının üzərinə götürdüyü öhdəlikləri xatırladıb.

Azərbaycan da rəsmi Yerevanı Laçın rayonunda azərbaycanlıların sərvətini məhv etməkdə ittiham edərək Ermənistana qarşı AİHM-ə iddia qaldırıb.

Xatırlatma

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürüblər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Ana səhifəSiyasətAİHM Azərbaycanı tibbi yardıma ehtiyacı olan ağır xəstələrin Laçın dəhlizi ilə daşınmasını təmin etməyə çağırıb