AIG Azərbaycandan getməyə tələsmir

Hökumət yeni şəraitdə proteksionizmin azaldılmasına gedə bilər

Source:


Hökumət yeni şəraitdə proteksionizmin azaldılmasına gedə bilər

Amerikanın AIG şirkətinin “Chartis Azerbaijan” sığorta şirkətinin satışı dayandırılıb, deyə müştərilərdən biri bildirib və qeyd edib ki, səbəb devalvasiyadır.

Məlumatı “Turan İA” yayıb.

Əvvəllər səhmdarlar Azərbaycandakı bizneslərini satmaq variantına baxırdılar. Şirkətin səhmlərinin satışı üzrə danışıqlar 2014-cü ilin iyununda başlayıb. Rəhbərlik bu qərarı iri bazarlarda işləmək istəyi ilə izah edirdi.

Mənbələr istisna etmir ki, şirkət manatın devalvasiyasından sonra yaranan konyunktur dəyişməsi ilə bağlı işlərini bərpa edə bilərlər.

Nikbin ekspertlər “Turan İA”-a bildiriblər ki, hökumət yeni şəraitdə proteksionizmin azaldılmasına gedə bilər. Həmçinin qeyri-neft sektoruna xarici investisiya cəlb edilməsi üzrə yeni siyasətin həyata keçirilməsi gözlənilir. Bunlar isə yüksək səviyyədə sığorta qarantiyası tələb edir. Məsələn, AIG kimi – bu şirkət dünyada 70 milyon müştərinin əmlakını sığortalayır.

“Turan İA” bildirib ki, “Chartis Azerbaijan” neft bumu zamanı gəlib iri investorların risklərini sığorta edirdi. O, 15 oktyabr 2010-cu ildə MMC-dən ASC-yə çevrilib. O həmçinin adını da dəyişib.

“Son illər Azərbaycanın sığorta bazarı yüksək rəhbərliklə bağlı 5-6 şirkətin əlində cəmləşir. Bunlar PASHA Sigorta,  Ateshgah Sigorta,  PASHA Heyat Sigorta,  Ipek Yolu Sigorta,  Atesgah Heyat Sigorta,  AzSığorta və s.-dir.

Ölkədə sığorta bazarı inkişaf etməyib – həcmi  350 mln-a yaxındır. ÜDM-ə nisbətdə bu, 0,6 faizdir. ABŞ-da bu göstərici 11 faiz, İrlandiyada 24 faizdir. Ona görə AIG-in hərəkəti anlaşılandır.

1978-ci ildə Çin “açıq qapı” elan edəndən və azad iqtisadi zonalara yaranandan sonra AIG Çində 100 faiz xarici kapitallı imtiyazlı yeganə şirkət olub. Məhz o, xarici investorların risklərini sığorta edib və bu, Çində investisiya bumuna gətirib çıxarıb”,- deyə “Turan İA”ın məlumatında bildirilir.

Ana səhifəXəbərlərAIG Azərbaycandan getməyə tələsmir