Aİ Şurasının prezidenti İlham Əliyevlə görüşdə insan hüquqlarından danışıb

Donald Tusk: “İnsan hüquq və azadlıqları məsələsində Azərbaycanla tərəfdaşlıq etmək istəyirik”

Source:
Əliyev və Donald Tusk
Əliyev və Donald Tusk


Donald Tusk: “İnsan hüquq və azadlıqları məsələsində Azərbaycanla tərəfdaşlıq etmək istəyirik”

“Biz Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və diversifikasiyasına necə yardım edə biləcəyimizlə bağlı məsələləri müzakirə etdik”, – Aİ Şurasının prezidenti Donald Tusk fevralın 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra belə deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və onu özünün mühüm tərəfdaşı hesab edir:

“Biz etibarlı və strateji tərəfdaşlığa əsaslanaraq əməkdaşlığı genişləndirmək istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyində və enerji təchizatının diversifikasiyasında mühüm önəm kəsb edir. “Cənub” qaz dəhlizinin başa çatdırılması ilə bağlı bizim ümumi öhdəliklərimiz var”, – D.Tusk  bildirib.

D.Tusk  bildirib ki, danışıqlar zamanı insan hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına verdikləri önəmi qeyd edib. Aİ hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik üçün ən yaxşı zəmanətdir:

“Biz bu məsələlərdə tərəfdaş kimi çalışmaq istəyirik”.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc yola nizamlanmasının vacibliyi də vurğulanıb. D.Tusk nizamlanmanın hərbi yolla həllinin olmadığını deyərək problemin siyasi müstəvidə, beynəlxalq hüquq əsasında nizamlanmasının vacibliyini bildirib. Aİ ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir.

D.Tusk fevralın 7-də Azərbaycan və Aİ arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlara başlanmasını sevindirici hal adlandırıb. Bu saziş əməkdaşlığın miqyasını genişləndirəcək.

Ana səhifəXəbərlərAİ Şurasının prezidenti İlham Əliyevlə görüşdə insan hüquqlarından danışıb