Aİ: Gürcüstan demokratik geriləmə səbəbindən 121 milyon avro itirəcək

Avropa İttifaqı. Foto: artjazz/shutterstock

Təşkilat bununla bağlı bəyanat yayıb

Gürcüstan “Xarici agentlər haqqında”  qanunun yaratdığı demokratik geriləmə səbəbindən 121 milyon avro yardım itirəcək.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin “Facebook”da yaydığı bəyanatda deyilir:

Hər il ayrılan vəsait həmin il tam xərclənmir, buna görə də hökumətə 2022 və 2023-cü illər üçün birbaşa ayrılmış vəsaitdən qalan hissə itiriləcək”, – deyə məlumatda bildirilir.

Hesabatda həmçinin bildirilir ki, son 3 ildə vətəndaş cəmiyyəti və insan hüquqlarına 21,5 milyon avro, investisiya layihələrinə 30 milyon avro, sosial-iqtisadi xarakterli müxtəlif layihələrə 82 milyon avrodan çox vəsait xərclənib.

Beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, mayın 28-də Gürcüstan parlamenti Prezidentin “Xarici agentlər haqqında” qanuna veto qoymasını ləğv edib. Bu qanun ölkənin strateji tərəfdaşlarından maliyyə alan bütün qeyri-hökumət və media qurumlarını xarici təsir maraqlarının daşıyıcısı elan edir.

Bu qanunun qəbulundan sonra Gürcüstanın ən yaxın tərəfdaşları olan Avropa İttifaqı və ABŞ layihələrin bir hissəsini maliyyələşdirməyi dayandırıb. Çünki onlar hesab edirlər ki, ölkənin Avropaya inteqrasiyası dayandırılıb. ABŞ-nin “Gürcüstanda demokratiyaya zərbə vurduğuna” görə sanksiya tətbiq etdiyi hakim partiyada bunun əksi iddia edilir.

Konstitusiya Məhkəməsinə müraciət etmiş Gürcüstan Prezidenti, parlamentin müxalifətçi deputatları, qeyri-hökumət və media qurumları hesab edirlər ki, hakim “Gürcü Arzusu” Partiyasının qəbul etdiyi qanun Konstitusiyanı pozur, Avropaya inteqrasiyanın elan edilmiş kursuna ziddir və ciddi şəkildə pozur.

Şikayət müəllifləri və vətəndaşlar 1 aydan artıqdır ki, məhkəmənin qərarını – məsələ ilə bağlı müzakirələr bitənə qədər qanunun fəaliyyətinin dayandırılıb-dayandırılmamasını gözləyirlər.
Avropa Komissiyasının maliyyə yardımı siyahısında 2024-cü il üçün Azərbaycana 20 milyon, Ermənistana 67 milyon, Belarusa 33 milyon, Moldovaya 140 milyon, Gürcüstana isə 47 milyon avro ayrılıb.

Ana səhifəDünyaAİ: Gürcüstan demokratik geriləmə səbəbindən 121 milyon avro itirəcək