”Aİ-95” və ”Aİ-98” markalı benzinin qiyməti bahalaşdı

“Premium Euro-95”-in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub

Source:
Benzinin qiyməti qalxdı
Benzinin qiyməti qalxdı



Premium Euro-95”-in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.

Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə  1,60 manat olub.

İndiyədək “Premium Euro-95” markalı avtomobil benzini 1.25 manata (0.74 ABŞ dolları), “Super Euro-98” 1.50 manata (0.88 ABŞ dolları) satılırdı. “Report” istinadsız yazır ki, hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir.

Azərbaycanda adıçəkilən benzin markalarının qiymətinin formalaşmasına dünya bazarında bu neft məhsullarına mövcud olan qiymətlər birbaşa təsir göstərir. Belə ki, göstərilən benzinlər hazırda Azərbaycan Respublikasında istehsal edilmir və digər ölkələrdən idxal olunur. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, ölkədə istehsal edilməyən bu benzin növlərinə qiymətlər dövlət tərəfindən tənzimlənən mallar siyahısına aid edilməyib və xaricdən idxal edilən bu avtomobil benzinlərinin qiyməti sərbəst şəkildə müəyyənləşdirilir.

Ana səhifəXəbərlər”Aİ-95” və ”Aİ-98” markalı benzinin qiyməti bahalaşdı