Ai-95 birdən niyə bahalandı?

Hökumətdə hesab edirlər ki, bundan sonra yüksək oktan ədədli benzinin tez-tez qiymət dəyişməsinə təəccüblənməyə dəyməz

Source:


Hökumətdə hesab edirlər ki, bundan sonra yüksək oktan ədədli benzinin tez-tez qiymət dəyişməsinə təəccüblənməyə dəyməz

Avqustun 6-da gecə özəl və dövlət (SOCAR Petroleum) yanacaqdoldurma məntəqələri “Premium Euro-95” markalı benzinin litri 0,93 manatdan 0,97 manata və ya 4,3 faiz artırıldı.

Bu bahalanma nədən baş verdi, axı sonuncu dəfə Ai-95 bu il aprelin 1-də bahalanmışdı. O vaxt yanacağın litri 0,80 manatdan 0,93 manata artmışdı. Əvvəlki artım isə 3 dekabr 2013-cü ildə olmuşdu – 30 faiz.

Azərbaycan hökumətinin 31 mart 2014-cü il tarixli qərarı ilə ölkəyə idxal edilən 95 və daha yüksək oktan ədədli avro-5 standartına uyğun benzin dövlət tərəfidən tənzimlənən mallar siyahısına daxil deyil.

Ona görə hökumətdə hesab edirlər ki, bundan sonra yüksək oktan ədədli benzinin tez-tez qiymət dəyişməsinə təəccüblənməyə dəyməz.

Amma yüksək oktan ədədli benzinin qiymətində YDM-lər tərəfindən müxtəlif təkliflər yoxdur. Hərçənd dörd aydan çoxdur, neft məhsullarının qiymətinə dövlət nəzarət etmir.

Səbəb nədir? Axı dövlət tərəfidən tənzimlənmə ləğv ediləndən sonra ARDNŞ cəmiyyətə bildirdi ki, “bu (Nazirlər Kabineti Ai-95 və Ai-98 markalı idxal edilən benzinin aksiz dərəcəsinin azaldılması və gömrük rüsumunun ləğvi barədə №42 qərar verdi) Azərbaycana nisbətən ucuz qiymətə yüksək oktan ədədli benzin idxal etməyə və onun sərbəst qiymətlə pərakəndə satışına imkan yaradır”.

Amma ötən müddətdə ölkədə rəqabət mühiti yaranmayıb və YDM-lərin hamısı Ai-95 və Ai-98-i eyni qiymətə satır.

“Turan İA”-in müxtəlif YDM-lərin operatorlarında sorğusu göstərir ki, bu, onları maraqlandırmır.

Hərçənd aprelin əvvəlində Ai-98 ucuzlaşmışdı. Niyə? Dövlət Statistika Komitəsinə görə, 2013-cü ildə 179,8 ton və ya 3 sistern Ai-98 (cəmi 3 min avtomobil çəni, gündə ölkədəki 8 YDM bu qədər benzin satır) benzini gətirilib. Azərbaycanda bu benzinə xüsusi tələbat yoxdur. ARDNŞ-nin 2012-ci il üçün hesabatına əsasən, avtomobil benzininin ümumi istehsalında Ai-95-in payı cəmi 4,7 faiz olub.

İndi “Ai-95 birdən niyə bahalandı?” sualına qayıdaq. Neft məhsullarının ən iri pərakəndə satışçılarının (Azpetrol, LUKoil-Azerbaijan və SOCAR Petroleum) rəyini öyrənən KİV-in məlumatına əsasən, benzinin bahalanması dünyada neft və neft məhsullarının bahalanması ilə əsaslandırılır.

Amma “Turan İA” araşdırma nəticəsində müəyyən edib ki, apreldən (benzinin sonuncu bahalanması) 1 avqusta qədər dünyada neft və neft məhsullarının ucuzlaşıb. Üstəlik, bu məlumatları hər ay ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yayıb.

Yenə KİV-in məlumatına görə, yüksək oktanlı benzin idxalı ilə 2 şirkət məşğul olur. Benzin Rumıniya NEZ-dən idxal edilir, Gürcüstanın topdansatış bazarına daxil olur.

Onda məntiqi sual yaranır: niyə Azərbaycanın qərb rayonlarında Ai-95 Bakıdakından ucuz deyil? Axı 350-450 km məsafəyə nəqliyyat xərcləri də qiymətə təsir etməlidir?

2014-cü il

Etil benzini

 (1 ton )

Brent markalı neft

(1 barrel)

İyul

1003,97

106,64

İyun

1021,32

111,65

May

995,24

109,61

Aprel

1008,13

107,63

Mənbə: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

Ana səhifəXəbərlərAi-95 birdən niyə bahalandı?