Ahıl qadınlar ölüm aclığına başladıqlarını deyirlər

““Türkan qəsəbəsində bizə məxsus olan bağ torpaq sahələrinin və sənədlərinin sürüşdürmə üsulu ilə ələ keçirilib”

Source: Specify Source


Türkan sakinləri Baş Prokurorluğun önündə aksiya keçiriblər

Türkan qəsəbə sakinləri 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva, 78 yaşlı Tamara Süleymanova, İradə İbrahimova və Məlahət Əlibəyova aclıq aksiyasına başladıqlarını bəyan ediblər. Baş Prokurorluğun binası önünə gedən qadınlar aclıq aksiyasını orada davam etdirəcəklərini deyiblər.

Ahıl qadınlar aksiyanın tələblərini yazılı şəkildə Baş Prokurorluğa təqdim ediblər.

Onlar Türkan qəsəbəsində qanuni torpaq sahələrinin sənədlərini ələ keçirən Daşqın Nəsirovun qanunsuz olaraq həbsdən azad edilməsinə etiraz etdiklərini bəyan ediblər.

Bundan başqa, onlara köməklik edən Natiq Məhəmməd oğlu Məhəmmədsoyun əsassız olaraq həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirdiklərini açıqlayıblar.

Baş prokuror Kamran Əliyevə müraciət edərək onları qəbul etməsini, Türkandakı qanunsuzluqlara son qoyulmasını istəyiblər.

Ahıl qadınların baş prokurora müraciətlərində yazır:

“Türkan qəsəbəsində bizə məxsus olan bağ torpaq sahələrinin və sənədlərinin sürüşdürmə üsulu ilə ələ keçirilib. Torpaqlarımızın cinayət yolu ilə əlimizdən alınmasına Türkandakı torpaq mafiyasının əsas simalarından olan, cinayət işi üzrə həbs edilən Daşqın Nəsirovun rolu danılmazdır. Onu həbs etsələr də, bir qədər əvvəl qanunsuz olaraq həbsdən azad ediblər. Bu məsələyə Baş Prokurorluq tərəfindən hər-hansı bir protest verilmədi.

Həmin torpaq mafiyasının üzvlərindən olan Xəzər Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Vaqif Həsənov (hazrda Ağdam rayon İcra Hakimiyyətinin başçısıdır) və onun qardaşı Xəzər Rayon Polis İdarəsinin 1-ci PB-nin rəisi Habil Həsənov bizə qarşı etdikləri qanunsuzluqlar bu gün də bizə təzyiq göstərirlər. Torpaq iddialarımızdan əl çəkmək üçün bu işlərdə bizə kömək etmiş Natiq Məhəmmədsoyu narkotik və silahla şərləyərək həbs ediblər. Bizə qarşı qanunsuzluqlar davam edir. Bu dərəbəyliyə, qanunsuzluqlara, Xəzər rayon Polis İdarəsinin özbaşınalığına və Baş Prokurorluğunun Daşqın Nəsirovu qanunsuz olaraq buraxılmasına şərait yaratmasına görə biz bu gündən ölüm aclığına başlayırıq”.

Baş Prokurorluğun binasına dəvət edilən ahıl qadınları Kamran Əliyevin müavini qəbul edib. Əzizəxanım Atayeva qəıbuldan sonra bildirib ki, onlardan aclığı dayandırmağı xahiş etməklə törədilmiş əməllərin araşdırılacağına söz veriblər:

“Biz Baş Prokurorluğa dəfələrlə gəlmişik. Müavinə də dedim ki, bizi Kamran Əliyev qəbul etsin, açıq-aşkar cinayəti araşdırsınlar. Belə qanunsuzluq olmaz. Prezident İlham Əliyev deyir ki, heç bir cinayətkar cəzasız qala bilməz. Kamran Əliyevdən soruşmaq istəyirəm, məni diri ola-ola “öldürən”, torpağımı məndən xəbərsiz satan Daşqın Nəsirovu niyə azad ediblər?

172717081_465156377938994_2901352429867563558_n.jpg
Baş Prokurorluğun binasına dəvət edilən ahıl qadınları Kamran Əliyevin müavini qəbul edib.

Natiq Məhəmmədsoydan mən xahiş eləmişəm ki, bizə vəkil tapsın. O da bizə kömək edib. Buna görə onu da şərləyib tutdular. Natiq Məhəmmədsoyu azad etməyincə, Daşqın Nəsirovu həbs edib bu işin axırına çıxmayınca, biz aclıq aksiyasını davam etdirəcəyik”.

Məhkəmə materiallarına görə, Xəzər İcra Hakimiyyətinin başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının “ürək çatışmazlığı”ndan ölməsi haqda saxta ölüm haqda şəhadətnamələr düzəldilib. Həmin ölüm şəhadətnamələrinə görə Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib.

Cinayət işinə görə, hadisədə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Rahil Babayev, Daşqın Nəsirov, Çingiz Nəsirov həbs olunsalar da, bir qədər əvvəl Daşqın Nəsirov azad olunub.

172243620_1127339537692815_4129236754838854654_n.jpg
” Buna görə onu da şərləyib tutdular”
Ana səhifəSosialAhıl qadınlar ölüm aclığına başladıqlarını deyirlər