Ağsu aşırımında hərəkət dayandı

”Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”

Source:

foto APA
foto APA
foto APA
foto APA


”Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”

Bakı Beynəlxalq Avtovağzalı 15 günədək gücləndirilmiş iş rejimində çalışacaq

Respublikada hökm sürən qarlı-şaxtalı hava şəraiti ilə bağlı bölgələrə hərəkət edən sürücülərə təhlükəsizlik və sürət həddi ilə bağlı təlimatlar verilib, nəzarət gücləndirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızının “APA-Economics”ə verdiyi məlumata görə, marşrutu Ağsu dolaylarından keçən avtobuslar Bakı-Qazax avtomobil yolundan istifadə edir.

“Amma Bakıdan Şamaxıya gedən avtobuslar eyni yolla, yəni Bakı-Şamaxı yolu ilə hərəkət edir. Şamaxıdan sonra, yəni Ağsu dolaylarında artıq hərəkət dayandırılıb. Buna baxmayaraq, təxirə salınan reysimiz yoxdur. Bundan başqa, Quba-Qusar yoluna daha çox yağıntı düşməsi səbəbindən orada hərəkət sürəti azdır”, – deyə Ş.Mehmanqızı əlavə edib.

Bölgələrə üz tutan sərnişin sayına gəlincə, qurum sözçüsü deyib ki, Bakı Beynəlxalq Avtovağzalında bu gün ərzində sərnişin sayı çox az olub: “Avtobuslar dolmamış reyslərini davam etdiriblər. Bütün istiqamətlərdə sərnişin sayı minimum həddə olub”.

Ş.Mehmanqızı onu da qeyd edib ki, dekabrın 25-dən yanvarın 7-nə kimi, Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

Ana səhifəXəbərlərAğsu aşırımında hərəkət dayandı