Ağır yol qəzası: 3 nəfər yanaraq ölüb

”Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir”

Source:


”Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir”

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Report”  yazır ki, hadisə Suraxanı rayonu, Zığ şosesində olub. “VAZ 2107” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Maşınlardan biri alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən hadisə zamanı “VAZ 2107”-də olan hər üç sərnişinin yanaraq öldüyü deyilib: “Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir”.

Araşdırmalar davam edir.

Ana səhifəXəbərlərAğır yol qəzası: 3 nəfər yanaraq ölüb