Əməkdaşlar xəsarət almayıb
Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobil erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.
APA-nın xəbərinə görə, rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər ermənilər tərəfindən atəşə məruz qalıb.
02 AC 416 dövlət nömrə nişanlı, “KamAZ 43114” markalı avtomobil güllə-baran edilib.
İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır:
“Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır”.