“Rəşad Bəxtiyarov çoxsaylı qəlpə yarası alıb”
Mayın 12-də Ağdam sakini Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində öldüyü bildirilir.
1982-ci il təvəllüdlü R.Bəxtiyarovun Çəmənli kəndində təsərrüfatla məşğul olduğu qeyd edilib.
Bu barədə rayon prokurorluğu məlumat yayıb.
Prokurorluq bildirib ki, R.Bəxtiyarov silah-sursatın partlaması nəticəsində xəsarət alıb və hadisə yerində ölüb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparıldığı vurğulanıb.