Hadisə ilə bağlı cinayət işi açılıb
Fevralın 4-də günorta saatlarında Ağdam rayonunda baş verən partlayış əsgər Qubad Zeynalovun həyatına son qoyub.
Müdafiə Nazirliyinin yaydığı
məlumat
da iki hərbçi qulluqçu – Nemət Babayev və Balaqardaş Məlikməmədovun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib: "Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur".
Nazirlik hadisə ilə bağlı cinayət işi açıldığını qeyd edib.